Bakıda zavod ərazisində yanğın - FHN

Bakıda zavod ərazisində yanğın - FHN

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda "Azneftmaşservis" ASC-nin ərazisində olan beton üzərində quraşdırılmış 2 ədəd yük kranlarının kabinələri və 20 m2 sahədə əraziyə yığılmış taxta tullantıları yanıb. Yaxınlıqdakı zavod binası yanğından mühafizə olunub. Yanğın saat 21:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə