Daha bir bədbəxt hadisə dünən Quba rayonunda baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini 1970-ci il təvəllüdlü Baxışov Malik Nurulla oğlu yıxılaraq ölüb. Onun meyiti müayinə olunmaq üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Hazırda ölümün dəqiq səbəbləri araşdırılır. Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB