İndoneziyada zəlzələ

Bu gün İndoneziyanın şimalında 5,6 maqnitudalı zəlzələ baş verib. SIA-nın xəbərinə görə, bu barədə "RİA Novosti" yazır. Məlumata görə, zəlzələnin ocağı Talaud arxipelağından 110 km şərqdə, İndoneziya və Filippinin Sakit okeandakı su sərhədində 124 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan edilməyib, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə