Bu gün səhər Rusiyanın Krasnoyarsk diyarının Taymır rayonunun Karaul qəsəbəsində dörd mənzilli binada yanğın baş verib. SIA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, binanın mənzillərinin birində 27 yaşlı qadın və onun 5 yaşlı oğlunun, digər mənzildə isə 17 yaşlı yeniyetmə oğlan və onun 7 yaşlı bacısının cəsədi aşkarlanıb. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB