Şəmkirdə zəncirvari qəza 3 yaralı

Şəmkirdə zəncirvari qəza 3 yaralı

Şəmkirdə zəncirvari qəza baş verib. Nazim İsmaylovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil Tahir Quliyevə məxsus "Ford" markalı avtomobillə toqquşub. Daha sonra hərəkətdə olan "Mercedes"də qəzaya düşən "VAZ"a çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər müxtlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağır, bir nəfərin isə vəziyyəti normal qiymətləndirilir.

Rayonun Muxtariyyə kəndi ərazisində isə vətəndaşa məxsus "Mercedes" markalı avtomobil yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə