Kürdəmirdə 3 otaqlı ev yanıb

Daha bir yanğın hadisəsi Kürdəmirdə qeydə alınıb. Bu barədə FHN-nin saytında xəbər yerləşdirilib. Xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 144 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları 94 m² yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə