5 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib

5 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dən SİA-ya verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 5 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə