Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə Qobu-Hökməli yolunda baş verib. Naməlum avtomobil 28 yaşlı İsgəndərov Murad Akif oğlunu vurub. Piyada elə hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb.
Onun müəyyən edilib tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət məcəlləsinin 263.2 (yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) 264 (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB