Tovuzda dəm qazından zəhərlənmə olub

Tovuzda dəm qazından zəhərlənmə olub

Dünən Tovuzda dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Kənd sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şəhla və onun gəlini 1978-ci il təvəllüdlü Lamiyə Hacıyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər iki qadın Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə