Mazut daşıyan maşın aşdı

Goranboy rayonunun Borsunlu kəndi ərazisində "DAF" markalı yük maşını aşıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, içərisi mazut olan yük avtomobilinə ciddi ziyan dəyib. Mazut isə yola dağılıb. Hadisə zamanı xəsarət alan yoxdur.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə