Dünən Gəncədə avtomobil piyadanı vurub öldürüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Rac Xəlilov "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB