Tovuzda bədbəxt hadisə: 2 yaşlı uşaq hündürlükdən yıxılaraq öldü

Tovuzda bədbəxt hadisə: 2 yaşlı uşaq hündürlükdən yıxılaraq öldü

Tovuz rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində, Elma Mürsəlova məxsus mənzildə baş verib. Onun 2014-cü il təvəllüdlü övladı Elnar hündürlükdən yerə düşərək ağır xəsarət alıb. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə