Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. SİA-nın məlumatına görə hadisə yolun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "VAZ2106" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Nəcməddin Sanıyev bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB