Şəmkirdə dəm qazından zəhərlənmə olub

Şəmkirdə dəm qazından zəhərlənmə olub

Şəmkirdə dəm qazından zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çənlibel kənd sakini, 1998-ci il təvəllüdlü Zaur Zeynalov dəm qazı ilə zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Z. Zeynalov yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə