Madaqaskar vətəndaşı Ağsuda qəza törətdi

Madaqaskar vətəndaşı Ağsuda qəza törətdi

Ağsu rayonu ərazisində yük avtomobili aşıb. Madaqaskar vətəndaşı Ramanari Jaona Andryaninanın idarə etdiyi, Belarus Respublikasındakı özəl şirkətə məxsus "MAN" markalı yük avtomobili qəflətən qarşısına çıxan maneə səbəbindən yolun kənarına aşıb. Hadisə zamanı sürücü xəsarət almasa da, avtomobilin yük yerindəki qutularda olan tütün məhsulunun bir hissəsi yola dağılıb.

Sözügedən yükün Şəkidən Belarusa aparıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə