Ağsuda "QAZ", İmişlidə "VAZ" yandı

Ağsuda "QAZ",  İmişlidə "VAZ" yandı

Ağsu və İmişli rayonlarında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, İmişli rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin bildirilir ki, Ağsu rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə