Şabranda yol qəzası baş verib

Noyabrın 24-də saat 18 radələrində Şabran şəhəri ərazisində şəhər sakini Murad Məmmədov idarə etdiyi "Lada Priora" markalı avtomobillə yolu keçən həmyerlisi Rübabə Şəfaqətovanı vurub. SİA-nın Daxili İşlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, xəstəxanaya yerləşdirilən R.Şəfaqətova orada ölüb. Şabran RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə