Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, qəza dünən saat 18.30 radələrində Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Mercedes" markalı minik avtomobili yolun kənarı ilə gedən iki piyadanı vurub. Piyadalardan biri hadisə yerində ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəzanı törətmiş sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisə yerindən qaçmış sürücünün saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB