Şəxsiyyəti məlum olmayan cəsəd tapılıb

Şəxsiyyəti məlum olmayan cəsəd tapılıb

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yandırılıb. SİA-nın Fövqaladə Hallar nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə