Goranboy rayonun Veyisli kəndində Rais Kərimova məxsus mağazadan oğurluq hadisəsi baş verib. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, oğurluq hadisəsi törədən şəxs qapıda olan 5 qıfılı sındıraraq içəri daxil olub. Daha sonra təhlükəsizlik kamerasını da sındırıb. Ümumilikdə mağazadan 4000 minə yaxın məbləğdə pul və ərzaq məhsulları götürülüb.
Fakta bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB