Gəncə sakini keçmiş qonşusunun əmlakına qənim kəsilib. 4 ay ərzində eyni evdən 3 dəfə oğurluq edən şəxsi Göygöl polisi zərərsizləşdirib. Avqust ayından başlayaraq Göygölün Üçtəpə kəndində Sərxan Qurbanova məxsus evdən bir neçə dəfə oğurluq edilib. Evdə sakinlərinin ölkə xaricində olmasından yararlanan oğru oradan xeyli miqdarda qiymətli məişət əşyaları və kompüter dəstini götürüb. Zərəçərkənlər isə vəziyyətdən yenicə xəbər tutublar. Məlumat verilən Göygöl polisi müəyən edib ki, oğurluğu törədən zərərçəkənin keçmiş qonşusudur. O, sözügedən ünvandan 3 dəfə oğurluq etdiyini eyib.Faktla bağlı cinayət işi başlanıb. İstintaq aparılır. Əvvəllər dələduzluq etdiyi üçün bir dəfə məhkumluq həyatı yaşayan 37 yaşlı Xəyyam Süleymanovun digər cinayət əməllərində iştirak edib-etmədiyi araşdırlır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB