Nardaranda silah-sursat aşkarlanıb

Nardaranda silah-sursat aşkarlanıb

Nardaranda silah-sursat tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı "Mauzer" markalı tapança və 12 ədəd patron aşkarlanaraq, götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə