Qəbələdə ağır yol qəzası olub

Qəbələdə ağır yol qəzası olub

Ötən gecə Qəbələ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ şəhərində "Mercedes" markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:58-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə