Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
SİA-nın məlumatına görə, baxış zamanı avtomobilin qabaq oturacaqlarının altındakı sandıqçalarda, əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd "Samsung Galaxy J1 mini" və 4 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 1 ədəd USB kabel, 4 ədəd qidalandırıcı cihaz, 5 ədəd telefon qutusu, 6 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB