Goranboyda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB