Siyəzəndə yanğın hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat yerləşdirilib. Xəbərə görə, Siyəzən rayonunda ümumi sahəsi 300 m2 olan daş sexinin qurutma otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB