Goranboy rayonunda quldur dəstə üzvləri mənzillərin birinə daxil olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Rəhman Qəhrəmanovun evinə girən dəstə üzvləri Sadiq Bağırov, İlqar Xeyişli və Rauf Abbasov ev sahibi ilə qarşılaşıblar. Ona xəsarət yetirdikdən sonra 16002 manat pul və xeyli qızıl ziynət əşyası götürüblər. Oğrular hadisə yerini tərk etdikdən sonra mənzilə daxil olan qonşular ev sahibini xəstəxanaya yerləşdirib. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxslər artıq yaxalanıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB