Dünən Neftçalada evdən iki qadın meyiti tapılıb. Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri yaşadıqları evdə aşkar olunub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 17.00 radələrində Neftçalanın Qoltuq kəndində evdə yaşayan iki bacı, 1951-ci il təvəllüdlü Gülbəxt Adgül qızının və 1954-cü ildə anadan olmuş Balacaxanım Adgül qızının meyitləri Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkar olunub. Meyitlərin vizual müayinəsi zamanı onların üzərində zorakılıq əlaməti aşkar olunmayıb. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB