Quba rayonu, Pirvahid kəndi ərazisində "Vaz" markalı minik avtomobili ilə "Man" markalı yük avtomobili toqquşub. SİA-ya Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol nəqliyyat qəzasının baş verdiyi yerə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1981-ci il təvəllüdlü Hüseynov Əzizağa Seyidağa oğlunun cəsədi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB