Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə, mətbəxin yanar konstruksiyaları və əşyaları 6 m2 sahədə yanıb, yüksək temperaturdan hamamın və dəhlizin lambirdən ibarət tavanı 8 m2 sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB