Daha bir yanğın hadisəsi İmişlidə qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, İmişli rayonunda vətəndaşa məxsus "Hyundai" markalı yük avtomobilinin banının yanar hissələri və banına yığılmış təsərrüfat malları qismən yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın dünən axşam saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB