Paytaxtda 4 otaqlı evdə yanğın olub

Paytaxtda 4 otaqlı evdə yanğın olub

Bakıda 4 otaqlı evdə yanğın qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardının yanar konstruksiyaları 150 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə