"Taliban" radikal dini qruplaşması ABŞ-ın Əfqanıstandakı əsas hərbi bazasındakı partlayışın məsuliyyətini öz üzərinə götürüb. SİA-nın məlumatına görə, bu barədə gazeta.ru xəbər verir.
Qeyd edək ki, bü gün səhər saatlarında Əfqanıstanın Baqram ərazisində ABŞ-ın əsas hərbi bazası yaxınlığındakı baş vermiş partlayışda 4 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Hadisəni kamikadze törədib.
Həlak olanların kimliyi hələ açıqlanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB