Tikilinin dam örtüyündə yanğın baş verib

Tikilinin dam örtüyündə yanğın baş verib

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin dam örtüyü 10 m2 sahədə yanmışdır. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Yevlax rayonu, Aşağı Salamabad kəndində 1956-cı ildə inşa olunmuş ümumi sahəsi 140 m2 olan birmərtəbəli inzibati binanın hazırda fəaliyyət göstərməyən hissəsinin dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 01:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə