Əfqanıstanın Tacikistandakı səfiri "Taliban" yaraqlılarının Məzari-Şərifdəki Almaniya konsulluğuna hücum nəticəsində yaralanıb. SİA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, yaraqlıların hücumu nəticəsində ümumilikdə 4 nəfər ölüb, daha 120 nəfər yaralanıb.
Terrorçular gecə vaxtı Almaniya konsulluğunun yerləşdiyi "Məzar" hotelə hücum edib və partlayış törədiblər.
"Taliban" nümayəndəsi hücumun ABŞ aviasiyasının Kunduz əyalətinə endirdiyi zərbələrə cavab olduğunu bildirib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ aviasiyasının Kunduz əyalətinə endirdiyi zərbələr nəticəsində 30 dinc sakin ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB