Qusarda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı bu barədə xəbər yayıb. Xəbərə görə, yanğın rayonun İmamqulukənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü və 2 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB