Salyanda avtomobil yolu keçmək istəyən iki piyadanı vurub

Salyanda avtomobil yolu keçmək istəyən iki piyadanı vurub

Ələt-Astara yolunun 46-cı kilometrliyində, Salyan rayonu ərazisində avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sürücü hadisə yerindən qaçıb. Piyadalardan biri hadisə yerində ölüb. Digər piyada - Şirvan şəhər sakini Camalova Gülbəniz Nüsrət qızı Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Baş Dövlət Yol Polisi tərəfindən axtarış elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə