Kürdəmirdə yanğın faktı qeydə alınıb

Kürdəmirdə yanğın faktı qeydə alınıb

Kürdəmirdə gündüz saatlarında yanğın faktı qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə