Balakəndə iki avtomobil toqquşub: 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Balakəndə avtomobil ilə yük maşını toqquşub. Baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Avtomobil yük maşını ilə toqquşdu. Qəza zamanı 1 nəfər dünyasını dəyişdi.
Ölümlə nəticələnən ağır yol qəzası bu gün səhər saatlarında Balakən rayonu Qazbinə kəndi ərazisində baş verib. Rayonun Talalar kənd sakini 54 yaşlı Bayram Xanmədov idarəetdiyi avtomobillə Zaqatala istiqamətində hərəkətdə olarkən qarşıdan gələn yük maşını ilə toqquşub.
Avtomobilin sürücüsü Bayram Xanmədov və onun həmkəndlisi olan sərnişinləri 52 yaşlı Əmirxan İsmayılov 57 yaşlı Pəri Ömərova,58 yaşlı Ramiz Şahverdiyev və 47 yaşlı Reyhan Murtuzova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan Bayram Xanmədov xəstəxanaya daxil olduqdan bir qədər sonra keçinib. Məlumata görə qəzaya düşən həmkəndlilər Zaqatalaya xurma tədarükü üçün gedirlərmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB