Yevlaxda yük avtomobili yandı

Dünən Yevlax rayonunun Cırdaxan kəndində KamAZ markalı yük avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında yerləşdirilən xəbərə görə, nəticədə yük avtomobilinin idarəetmə lövhəsi və oturacağı qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə