"Günəşli"də itkin düşən şəxsin axtarışları davam edir

"Günəşli"də itkin düşən şəxsin axtarışları davam edir

"Günəşli" platformasında itkin düşən şəxsin axtarışları davam edir". Bu barədə SİA-ya Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

O bildirirb ki, hazırda səhər saatlarında itkin düşən DSG platformasındakı qazma podratçısı işçisinin tapılması istiqamətində zəruri işlər görülür. "Hadisənin təfərrüatları hazırda araşdırılır. BP öz qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıblar. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə