Gəncədə 30 yaşlı qadın kimyəvi maddə qəbul edərək özünü öldürmək istəyib. APA-nın qərb bürosunun məlumatına görə, Gəncə şəhəri, Məshəti qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musazadə Elnadə kəskin zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta- ağır olduğu bildirilir. Məlumata görə, Musazadə Elnadə ailə münaqişəsi zəminində intihar etmək məqsədilə kimyəvi maddə qəbul edib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB