13 kiloqramdan artıq gümüşün ölkədən çıxarılmasının qarşısı alınıb FOTOLAR

13 kiloqramdan artıq gümüşün ölkədən çıxarılmasının qarşısı alınıb FOTOLAR

13 kiloqramdan artıq gümüş məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısını alınıb.

DGK-dan SİA-ya daxil olan məlumata görə, Azərbaycandan Rusiya Federasiyası istiqamətinə gedən Xartumov Abdula Hacımusa oğlunun idarə etdiyi "Hyundai Grand Santafe" markalı 20DJ244 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə "Xanoba" gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin hava filtrinin boşluğundan gömrük nəzarətindən gizlədilən 13185 qram gümüş məmulatları tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə