Tovuzda qadının üzərinə qaynar su dağılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Nəzakət Nəbiyeva yaşadığı evdə övladlarını çimizdirmək üçün sobanın üzərinə vedrədə su qoyub. İşıqlar sönən zaman qadın qaynar suyu götürmək istəyib. Bu zaman su onun üzərinə dağılıb. Bədənin 2-ci dərəcəli termiki yanığı və yanıq şoku diaqnozu qoyulan N. Nəbiyeva dərhal Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün xəstənin Bakıda olan yanıq mərkəzinə aparılması planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB