Lənkəran rayonunda intihar hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Biləsər kəndindən olan, ailəsi ilə birlikdə Səbr kəndində məskunlaşan 39 yaşlı Babayeva Səmayə Hacıvəli qızı yaşadığı ünvanda özünü asaraq intihar edib.
Hadisə barədə məlumat Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə dünən saat 22.40 radələrində daxil olub. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerini müayinə edib.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə gətirilib.
Hələlik intiharın səbəbi məlum deyil.
Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB