Şəki rayonunda 6 otaqlı ev yanıb

Şəki rayonunda 6 otaqlı ev yanıb

Şəki rayonunda yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik sahəsi 70 m2 olan köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə