Liftin zənciri qırıldı, 8 nəfər xəsarət aldı

Liftin zənciri qırıldı, 8 nəfər xəsarət aldı

Bakıda lift şaxtaya düşüb, xəsarət alanlar var. SİA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib. Belə ki, İ.P.Dadaşov küçəsi, 260 ünvanında yerləşən 7 mərtəbəli binanın liftin trosunun qırılıb. Nəticədə liftdə olan 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

report.az

Bütün xəbərlər Facebook səhifəmizdə