Poliklinikada yanğın 22 nəfər təxliyə olundu

Poliklinikada yanğın 22 nəfər təxliyə olundu

Kürdəmirdə poliklinikada yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir şəhərində Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 2940 kv.m olan ikimərtəbəli poliklinika binasının zirzəmisində elektrik kabeli 4 p.m yanıb.

Yanğın zamanı poliklinikanın 1-ci mərtəbəsindən yanğınsöndürənlər tərəfindən 22 nəfər (onlardan 9 nəfər uşaq, 13 nəfər xəstə) tüstülənmiş ərazidən təxliyə olunub.

Poliklinika binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə