Dəm qazı gənc qızı zəhərlədi

Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Günel Məsimova dəm qazından zəhərlənib. O, dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, qadının vəziyyəti ota ağırdır.

Yaxınlarının sözlərinə görə, gənc qız hamamda çimərkən zəhərlənib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə