Yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə